Bilgəhdə "Kalaşnikov" gəzdirən şəxs tutulub - FOTO/VİDEO

Bilgəhdə Kalaşnikov gəzdirən şəxs tutulub - FOTO/VİDEO
Foto Video
Hadisə 136

Maştağa sakinindən 3 kq heroin, Bilgəh sakinindən “Kalaşnikov” götürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb. Onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...

1270 Hadisə 14:12 29 oktyabr 2021

Son xəbərlər