Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda qarlı hava şəraiti yol qəzalarına səbəb olub.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük və "Nissan" markalı minik avtomobilləri idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və maşınlar oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.
Hadisələr nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Qalereya
Oxşar xəbərlər
Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub. "Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1961-...