Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs həbs edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda çantasında "Kalaşnikov" avtomatı gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.
Ona məxsus idman çantasından 1 ədəd "AKS-74" markalı avtomat silahı aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Üzərində “AKS-74" markalı avtomat və patronları aşkarlanan şəxs saxlanılıb - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri dav...