Biləsuvarda ağır yol qəzası baş verib, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub. "Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1961-...