Biləcəri Texniki Xidmət Məntəqəsində tüstülənmə olub
16
yan
2024
11:53
Bu gün səhər saat 10:35-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, ADY-nin yanğınsöndürmə qatarı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb ediliblər. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - FOTO/VİDEO
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət...