Beynəlxalq axtarışla tutulan şəxs Bakıda hakim qarşısına çıxarılır

Beynəlxalq axtarışla tutulan şəxs Bakıda hakim qarşısına çıxarılır
Hadisə 121

Sumqayıtda adam bıçaqlamaqda təqsirləndirilən Vüsal Cahangirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azad Məcidovun icraatındadır.

Qeyd edək ki, hadisə 18 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində baş verib.

V.Cahangirov aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirib.

Onun ölkə hüdudlarını tərk etməsi ilə əlaqədar onun barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov ötən il noyabr ayında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda fərariliyə görə axtarışa verilən şəxs Rusiyadan ekstradisiya olunub

Azərbaycanda fərariliyə görə axtarışa verilən şəxs Rusiyadan ekstradisiya olunub

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət i...

575 Hadisə 11:21 18 dekabr 2020

Son xəbərlər