Beyləqan sakinində 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov saxlanılıb.
Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...