Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
21
mar
2025
10:25
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bərdə Rayon Polis Şöbəsi
İran
Bərdə
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi
Oxşar xəbərlər
637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "İstək" MMC-nin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçiril...