Bərdədə uşağın barmağında dəmir halqanın sıxışması FHN-in müdaxiləsinə səbəb oldu - VİDEO

01
okt
2023
22:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Oxşar xəbərlər
Bakıda azyaşlının barmağında dəmir halqa sıxışdı - VİDEO
Bakıda azyaşlının barmağında sıxışan dəmir halqa çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttin...
