Bərdədə ev yanıb

Bərdədə ev yanıb
Video
Hadisə 37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhərinin H.Aslanov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində baş verdiyi və mənzilə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m olan birmərtəbəli dördotaqlı evin mətbəx mebeli 1 p.m sahədə və qaz sobası yanıb. Yüksək temperaturun təsirindən lambirdən ibarət tavan 1 kv.m sahədə deformasiya edib.

Ev yanğından mühafizə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Dünən Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verən yanğınla bağlı bəzi detallar məlum olub. Baku TV-nin məlumatına görə,...

60 Hadisə 23:48 26 avqust 2026

Son xəbərlər