Bərdədə avtomobil qaz borusuna çırpılıb, 3 nəfər yanıq xəsarəti alıb
Bərdədə yol qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayonun Mollaisalar kəndində "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
TƏBİB-in məlumatına görə, bu gün 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Qalereya
Oxşar xəbərlər
Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər"
Sosial şəbəkələrdə tanış olduğu şəxsləri qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS Oxu....