Hərbçinin həlak olduğu qəzada yaralının vəziyyəti AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-ə verilən məlumata görə, zərərçəkmiş bu gün saat 06:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. Onun müalicəsinin müvafiq şöbədə davam etdirildiyi, vəziyyətinin orta ağır olduğu bildirilib.
***09:56
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.
Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib - Araşdırma başladı
Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. BAKU.WS xəbər verir ki, b...