Bərbad vəziyyətə düşən yollardan ŞİKAYƏT
Sumqayıt ərazisində yerləşən və Ceyranbatan bağları kimi tanınan əraziyə gedən yollar uzun müddətdir ki, baxımsız vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu yollardan hər gün həm ictimai nəqliyyat, həm də minik avtomobilləri istifadə edir.
"Bağlara gedən əsas iki yol var - "Ətkəsilən yolu" və "Keçid yolu". "Ətkəsilən yolu"nun yalnız bir hissəsinə asfalt çəkilib. Yolun pis vəziyyətdə olması səbəbindən bəzi sakinlər öz hesablarına yolu düzəltməyə çalışıblar. Lakin görülən işlər müvəqqətidir və problemi tam həll etmir".
Sakinlər aidiyyəti qurumlardan Ceyranbatan bağlarına gedən yolların təmir olunmasını xahiş edirlər.
Ərazidən kadrları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin to...