BDU-nun daha bir professoru vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov vəfat edib.
BAKU.WS xəbər verir ki, universitetdən APA-ya verilən məlumata görə, 84 yaşında dünyasını dəyişən M.Məhərrəmov 1955-1960-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1963-cü ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1986-cı ildə professor elmi adı alıb.
1963-cü ildən BDU-nun Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.
Oxşar xəbərlər
İşdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib. İsmayıllının s...