Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.
Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.
Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Bakıda evlərdən 2 milyon manata yaxın oğurluq edildi - FOTO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (D...