Baş Prokurorluq: Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

24
okt
2020
17:34
Oktyabrın 4, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138 nəfər yaralanıb.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır.
Oxşar xəbərlər
Erməni terroru nəticəsində ölənlərin 18-i qadın, 8-i uşaqdır
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən BAKU.WS-ə veri...
