Balakəndə keçmiş məhkumdan tapança götürülüb - FOTO

Balakəndə keçmiş məhkumdan tapança götürülüb - FOTO
Hadisə 44

Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib, onun üzərindən tapança götürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov tutulub. Şəxsi axtarış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib. R.Əhmədilov odlu silahı gizlətdiyi yerdən çıxarıb üzərində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Balakəndə keçmiş məhkumdan tapança götürülüb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər