“BakuBus” sürücüsü insanların həyatını təhlükəyə atdı - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA - VİDEO

“BakuBus” sürücüsü insanların həyatını təhlükəyə atdı - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 557

BAKU.WS-də yayımlanan məlumatla əlaqədar “BakuBus” şirkətindən açıqlama verilib.

Bildirilib ki, hadisə bu gün 6 saylı marşrut xəttində xidmət göstərən 99-JU-367 nömrəli avtobusda saat 11.00 radələrində baş verib.

“Güclü küləyin təsiri nəticəsində avtobusun damında olan qapaq açılıb. Sürücü bu barədə dispetçer xidmətinə məlumat verib və avtobusda yaranmış nasazlığı aradan qaldırmaq üçün əraziyə mobil servis göndərilib.

Lakin bu nasazlığı ərazidə aradan qaldırmaq mümkün olmadığından sürücü son dayanacaqda sərnişinləri düşürdükdən sonra dərhal avtobusu qaraja aparıb”, - deyə açıqlamada bildirilib.

***14:22

Bakıda güclü külək sosial problemlərlə yanaşı nəqliyyatın işinə də təsirsiz ötüşməyib.

Hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə bildiriblər ki, “BakuBus” avtobusunun damındakı dəmir qapaq çıxıb. Nəticədə təhlükəli vəziyyət yaranıb.

Təhlükəli vəziyyət yaranmasına baxmayaraq sürücü avtobusu həmin vəziyyətdə idarə edib.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər