Bakıya qızıgilə qonaq gəlmişdi, itkin düşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 76 yaşlı qadın itkin düşüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.
Yaxınları bildiriblər ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edilib. Hazırda Almaz Daşdəmirovanın tapılması istiqamətində iş davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...