Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürüldü - FOTO/VİDEO - YENİLƏNİB

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürüldü -  FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 182

FHN qüvvələrinin çevik müdaxiləsi nəticəsində Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyündə baş verən yanğın qısa müddətdə söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

***15:48

Paytaxtın mərkəzi yerlərindən birində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyü yanır.

FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb edilib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının baş vermə səbəbi hələ ki açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər