Bakının əsas yollarından birində təhlükəli vəziyyət: Yola dağılan qır qəzaya səbəb oldu - AÇIQLAMA

Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində yola qır dağılıb. Bu səbəbdən də hərəkətdə olan avtomobil sürüşərək yol kənarına aşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.
O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
"İlkin araşdırmada hadisədən zərərçəkən şəxsdə bədən xəsarəti müəyyən olunub. Hadisə hazırda təhqiqat şöbəsi tərəfindən araşdırılır. Həm hadisənin səbəblərinə, həm də zərərçəkmiş şəxsə dəyən zərərə ayrı-ayrılıqda qiymət veriləcək", - deyə A.Əsgərli bildirib.
Videonu təqdim edirik.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
