Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO

Bakının bu rayonunda binalara paraşoklu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
Video
Hadisə 348

Bakıda Yasamal rayonu ərazisində yerli əhaliyə "paraşok"lu su verilib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub.

Bildirilir ki, dünən axşam Mirəli Seyidov küçəsində yerləşən 18-ci binanın sakinləri kranı açarkən suyun istifadəyə yararsız olduğunu görüblər. Vətəndaşlardan biri "paraşok"lu suyu lentə alaraq bunu sübut kimi saxlayıb.

İddiaya əsasən, ardınca "Azərsu" ASC ilə əlaqə saxlayan sakinlərdən birinə deyilib ki, borular yuyulduğu üçün belə bir vəziyyət yaranıb. Lakin əvvəlcədən vətəndaşlara heç bir xəbərdarlıq edilməyib.

Problemlə bağlı “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı BAKU.WS-ə bildirib ki, belə bir halın olması mümkün deyil:

"Azərsu" əməkdaşları "paraşok"dan istifadə etmir ki, əhaliyə "paraşok"lu su versin. Bu, daxili sistemdə də ola bilər. Axıntı ola bilər, sistemə düşə bilər və su veriləndə qayıda bilər.

"Azərsu" bütün rayonları, o cümlədən Yasamal rayonunu keyfiyyətli və standartlara uyğun su ilə təmin edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər