Bakıdakı məktəbdə şagirdlərin bəzilərində xəstəliklər aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir:
“İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir. Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb və bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb. Tədbirdə LOR, pediatr, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq və s. həkimlər iştirak edib. Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb.
Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub”.
Qalereya
Oxşar xəbərlər
Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı məlum oldu - YENİLƏNİB
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub. “Report” xəbər verir...