Bakıda yük maşını minik avtomobilinə çırpıldı: Xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq, prospektdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb.
Zərbənin təsirindən minik avtomobili əvvəlcə səkiyə daha sonra işıq dirəyinə çırpılaraq dayanıb.
Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Əhmədli Ülvi Sərdar oğlu və həmyaşıdı Gəncəliyev Gülağa Eldar oğlu Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...