Bakıda yollar kanalizasiya sularına qərq oldu - FHN hərəkətə keçdi - VİDEO

Bakıda yollar kanalizasiya sularına qərq oldu - FHN hərəkətə keçdi - VİDEO
Video
Hadisə 564

Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə Zığ şossesinin kəsişməsində kanalizasiya borusu partlayıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bİldirilib ki, hadisə nəticəsində ətrafı su basıb. Ərazi keçilməz hala düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər, polis cəlb olunub.

Məsələ ilə əlaqədar FHN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, “8 noyabr” prospekti ilə Zığ şossesinin kəsişməsində kanalizasiya borusunun partlaması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in motopompası vasitəsilə qəzanın fəsadlarının aradan qaldırılması işləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər