Bakıda yaşayış binası yanır - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğının qarşısı qısa müddət ərzində alınıb, sakinlərin bir qismi təxliyə olunub.
*** 15:24
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB - VİDEO
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...