Bakıda üç avtomobil toqquşdu, ağır xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. BMW markalı nəqliyyat vasitəsi kəsişmədən keçərkən “Toyota” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb. Toqquşma zamanı BMW aşıb.
Hadisə nəticəsində aşan avtomobilin sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb. Buna görə, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Sürücü deformasiya olmuş avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.
Bundan başqa, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü də xəstəxanaya çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
İsmayıllıda qəza, yaralılar var - VİDEO
İsmayıllıda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə daxil olan məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyi...