Bakıda tikilməkdə olan çoxmərtəbəli bina qanunsuz olduğuna görə sökülür - FOTO

Bakıda tikilməkdə olan çoxmərtəbəli bina qanunsuz olduğuna görə sökülür - FOTO
Foto
Hadisə 276

“Vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib və qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib. Hazırda söküntü işləri gedir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir:

“Söküntü Nəsimi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə həyata keçirilir. Torpağın kupçasını və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq, razılaşdırılmış tikinti qanunlarına uyğun həyata keçirilməlidir. Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər