Bakıda təhlükəli gecə - 7 ev əşyaları ilə birlikdə yanaraq külə döndü - VİDEO
17
mar
2021
08:58
Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasında baş verib.
Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.
Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Oxşar xəbərlər
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı SON XƏBƏR – VİDEO (YENİLƏNİB - 5)
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.Bu barədə...