Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...