Bakıda tanınmış influenserin başına şüşə butulka atdılar - Polis məsələyə qarışdı - FOTO

Bakıda tanınmış influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başına iş gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə H.Hacıyeva öz instaqram hesabında paylaşım edib.
O bildirib ki, bir nəfər naməlum şəxs binadan onların üzərinə şüşə butulka atıb.
“Banu mağazadan çıxarkən gördüyünüz pəncərədən bir kişi (yəqin ki, əqli gerilik problemli) araq butulkasını düz başıma atdı. Bir saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Təkrar nəsə atar deyə, ehtiyat edib mağazada gözlədik”.
İnfluenser qeyd edib ki, oxşar hadisə daha əvvəl də baş veribmiş:
“Qızlar mağazada məlumat verdilər ki, bu hadisə son günlər bir neçə dəfə baş verib. Məncə, bu şəxslə bağlı bir tədbir görülməlidir. Yoxsa bir gün pəncərədən atdığı hansısa əşya kiməsə ağır xəsarət verəcək”.
Baş vermiş hadisəyə DİN-dən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:
“İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qalereya
Oxşar xəbərlər
Əri Rusiyada olan qadının şok əməli: On telefonu aşkarlandı, kişilərlə səs yazısı...
Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Fatma ailə münaqişəsi zamanı həyat yoldaşı Nadirə xəsarət yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 15 d...
