Bakıda su borusu partladı: İçməli suyun verilişi müvəqqəti dayandırıldı - YENİLƏNİB - ANBAAN VİDEO

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.az-a bildirib ki, qəsəbənin D massivində Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən həmin xəttə suyun verilişi dayandırılıb.
Əraziyə qəza-bərpa briqadası cəlb olunub.
Hazırda təmir işləri aparılır.
***23:00
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli su borusu partlayıb.
BAKU.WS xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən də aydın olur ki, qəza nəticəsində su yüksək təzyiqlə ətrafa yayılır.
Həmin videonu təqdim edirik
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...