Bakıda sərnişin sürücünün başını ön şüşəyə vuraraq partladıb - VİDEO

Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib.
Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb. Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb.
Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.
Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə müraciət edilib, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...
