Bakıda səfirin avtomobili qəzaya uğrayıb
05
fev
2022
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.
Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...