Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub - FOTO/VİDEO

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub - FOTO/VİDEO
Foto Video
Hadisə 266

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub.

Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin APA-ya verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR

Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR

Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib...

2482 Hadisə 18:41 06 dekabr 2019

Son xəbərlər