Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı

Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı
Hadisə 115

Dünən saat 18 radələrində Sabunçuda azyaşlı bıçaqlanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rufis oğlunu bıçaqlayıb.

O, azyaşlının yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunun qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq daxilə nüfuz edən xəsarət yetirib.

Faktla bağlı CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər