Bakıda qoyunlar bostana girdi, sahibi QƏTLƏ YETİRİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxunub.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində verib.
Belə ki, Rasim Əliyev (ad-soyad şərtidir) ona məxsus olan bostanın yaxınlığında qoyun otaran tanışı Natiq İsgəndərovla (soyad şərtidir) mübahisə edib. O, Natiqi yerə yıxıb və daha sonra bıçaqla ona bir neçə dəfə xəsarət yetirib. Nəticədə N.İsgəndərov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, məqsədi Natiqi öldürmək olmayıb:
“Natiqə sadəcə xəsarət yetirmək istəyirdim. Qoyunlar mənim bostanıma təxminən 100-200 manat ziyan vurub. Buna görə mən Natiqə irad bildirdim. O isə mənimlə kobud davrandı. Nəticədə hadisə baş verdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...