Bakıda qəzaya uğrayan avtobusla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən qəza barədə açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, 07 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol nəqliyyat hadisəsi baş verib.
“Bildirib ki, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb”, - o bildirib.
Qurum rəsmisinin sözlərinə görə, KİV-də bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
***10:35
Bakıda avtobus qəzası baş verib.
BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur - Hövsan yolunda qeydə alınıb.
Məlumata görə, ötən gecə “Azland Plaza” MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99-MK-631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur - Hövsan yolunda aşıb.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu - çox sayda yaralı var - YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb. Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, yanvarın 30...