Bakıda qadınların kabusuna çevrilmiş şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.
Oxşar xəbərlər
Bakıda yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanıldı - VİDEO
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla...