Bakıda qadının uşaq arabasını oğurlaması təhlükəsizlik kamerasına düşüb - VİDEO

Bakıda qadının uşaq arabasını oğurlaması təhlükəsizlik kamerasına düşüb - VİDEO
Video
Hadisə 317

Bakıda qadın uşaq arabası oğurlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qardağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın qəsəbənin Seymur Orucov küçəsi, bina 35 ünvanında qapının yanında saxlanılan uşaq arabasını götürərək oradan uzaqlaşıb.

Görüntülərdən məlum olur ki, qadın uşaq arabasını götürüb liftə minir, bir qədər sonra isə liftdən çıxaraq oranı tərk edir. Bundan başqa, qadın həmin ərazinin yaxınlığında yerləşən kafenin önündə daynaraq naməlum şəxslə danışır.

Zərərçəkən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə uşaq arabasını oğurlayan şəxsin tapılması üçün ərizə ilə müraciət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər