Bakıda qadın bank kartını belə oğurladı - ANBAAN VİDEO
Bakıda uşaq bərbərxanasından oğurluq olub.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə aprelin 30-da, "Metropark" ticarət mərkəzindəki bərbərxanalardan birində qeydə alınıb.
Belə ki, içəri daxil olan xanım burada telefonla danışıb, daha sonra buradakı bank kartını götürüb və ərazidən uzaqlaşıb. Ardınca isə kartdan 328 manat pul çəkib.
Sözügedən görüntülər təhlükəsizlik kameralarına əks olunub.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik.
DİN-in mətbuat xidmətindən Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, oğurluq faktı ilə bağlı daxil olmuş müraciət üzrə araşdırma aparılır.
Oğurluq anını təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...