Bakıda qaçırdığı “Jeep”lə qəza törədən şəxs tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.
39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda və qəza törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Kamran Nərimanlı müəyyən olunaraq saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...