Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.
Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.
Oxşar xəbərlər
Bakıda polis əməkdaşlarını kim bıçaqlayıb? - TƏFƏRRÜAT AÇIQLANDI - YENİLƏNİB
Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, dünən saat 17:00 ra...