Bakıda polis əməkdaşının arvadını güllələyib öldürdüyü yerdən GÖRÜNTÜLƏR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda polis əməkdaşının arvadını güllələyib öldürdüyü yerdən görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, fotolar Trend-də yayımlanıb.
Xatırladaq ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda polis arvadını şöbədə güllələyərək öldürüb - RƏSMİ
Azərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bu g...