Bakıda polis baş verəcək təhlükənin qarşısını aldı – FOTO
01
avq
2019
12:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədidə marketdə baş verən yanğının böyüməsinin və yaşayış evlərinə keçməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur.
Bunu sübut edən hadisələrdən növbəti biri Binəqədi rayonunda qeydə alınıb.Belə ki, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub.Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib.
Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar.Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.
Obyektə baş verən yanğının səbəbləri araşdırılır.Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.
Oxşar xəbərlər
“İnstagram”da dostlaşıb, görün nələr etdilər – FOTO
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat...