Bakıda pəncərədən evə girən 25 yaşlı qız tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mənzillərdən oğurluq edən gənc xanım saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olaraq 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...