Bakıda özünü 8-ci mərtəbədən ataraq öldürən 20 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün saat 19:00 radələrində Zabrat qəsəbəsində intihar edən şəxsin kimliyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, 20 yaşlı İsmayılzadə Fidan Nail qızı özünü Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna daxil olan məlumat əsasında, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Meyitin üzərində hündürlükdən yıxılması nəticəsində alınmış xəsarət izlərindən başqa digər şübhəli izlər müşahidə edilməyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda fəhlə 9-cu mərtəbədən yıxılıb öldü
Bakıda tikintidə daha bir ölüm hadisəsi baş verib. Binəqədi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumatda bildirilir ki, noyabrın 21-də saat 11 radələrində...