Bakıda oğurluq kameraya düşdü - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda mənzillərin birindən oğurluq hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 11e ünvanında yerləşən evin qapısından Cavid Məmmədova məxsus "Volf" markalı sürətötürücülü velosipedi oğurlayıblar.
Şikayətçi Cavid Məmmədov deyir ki, hadisə ötən il baş versə də, indiyə qədər oğrunu tapmaq mümkün olmayıb.
“Hadisənin ilk günündən binanın təhlükəsizlik kamerasına baxdıq. Oğru hansı istiqamətdən gəlib, bloka necə daxil olub, velosipedi necə aparıb, hansı istiqamətdə gedib - hamısını diskə yazıb 29-cu polis bölməsinə ərizə ilə təqdim etdim.
Bundan öncə isə hadisə haqqında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdim", - deyə Cavid Məmmədov bildirib.
Hadisə ilə bağlı polisə müraciət olunub və oğurluq edən şəxsin görüntüləri hüquq-mühafizə orqanlarına təqdim edilib. Lakin hələ də onun axtarışları nəticə verməyib.
Oxşar xəbərlər
"Etdiyin yanlış bağışlanmazdır" - Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?
Bir neçə il öncə məşhur azərbaycanlı “qanuni oğru” Kiyev hava limanında intihar etdi.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, o zaman bu ölüm epizodu ist...