Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında saxlanıldı
19
yan
2023
11:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xarici ölkə vətəndaşı oğurluq edib Azərbaycandan qaçarkən hava limanında yaxalanıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bu şəxslər "patı" satdığına görə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...