Bakıda oğurluq edən şəxsin görüntüləri yayıldı - ANBAAN VİDEO

Bakıda oğurluq edən şəxsin görüntüləri yayıldı - ANBAAN VİDEO
Foto Video
Hadisə 241

Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Elxan Ağagülov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib.

E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar vasitəsi ilə lentə alınıb.

E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər